backend

"Bakcell" millət vəkilinin hesabından oğurluq edib – İttiham

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Böyük Quruluş Partiyasının sədri, millət vəkili Fazil Mustafa Azərbaycanda fəaliyyət göstərən mobil operatorlardan olan “Bakcell”i ittiham edib.
 
adıçəkilən mobil operator deputatın hesabından pul oğrulayıb.
Fazil Mustafa qeyd edib ki, vaxtilə “Bakcell”in fırıldaqçılığını, Azərbaycan vətəndaşlarını aldatdığını yazıb, tənqid etsə də, bu mobil operator yenə yaramazlıqla məşğuldur:
“Ayın 13-də Moskvaya gəlməzdən öncə balansıma 45 manat pul yatırdım. Bunu təsdiq edən mesajları da aldım. İndicə, yəni ayın 14-də mesaj göndəriblər ki, balansınızda kifayət qədər məbləğ yoxdur, balansa pul yatırın”.
F.Mustafa bildirib ki, iki gün ərzində “Baksell” nömrəsindən kiminləsə danışmayıb: “Amma görün, özbaşınalıq hansı səviyyədədir…”.
//Reyting.az