backend

Azərbaycanlı qanuni oğrular arasında savaş qızışır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Lotu Quli adı ilə tanınan qanuni oğru Nadir Səlifov son illərin ən böyük müqaviməti ilə üzləşib.
EDİTOR.AZ ölkə.az-a istinadən xəbər verir ki, Qulinin yaxın çevrəsinə güllə atılır, himayəsi altında olan iş adamları döyülür.
Bu barədə Rusiyanın nüfuzlu “Rosbalt” agentliyi məlumat yayıb.
Nadir Səlifova qarşı müxalifət getdikcə genişlənir və möhkəmlənir. 4 azərbaycanlı qanuni oğrunun yaratdığı klana Abxaziya kriminal “general”larının da böyük qrupu qoşulub. Qruplaşmanın lideri də seçilib. Lider Dato Ağcabədinski adı ilə tanınan qanuni oğru Cavid Məmmədovdur. Cavidi güdrətli yunan oğru klanı da dəstəkləyir.
“Rosbalt” agentliyinə məlumat verən mənbə bildirir ki, Nadir Səlifovun yaxın adamlarına təzyiq edilir. Müxalifət nümayəndələri Qulinin yaxınlarını güllələyir, iş adamlarını isə döyürlər. Əvvəlcə düşünülürdü ki, Qulinin vaxtı ilə qulağını kəsdiyi Rafiq Masallinski üsyanın lideridir. Amma məlumata əsasən Rafiq sadəcə müxalifətin rəsmi nümayəndəsidir. Reallıqda isə Quliyə qarşı müharibəni Cavid Məmmədov başladıb. Dato Ağcabədinski müxalif oğruların bütün fəaliyyətini nizamlayır. O, digər klanlarla da danışıqlar apararaq birgə silahlı əməliyyatlar hazırlayır.
Məsələn, bu yaxınlarda Cavid Pıza ləqəbli qanuni oğru Raul Bartsba ilə telefon danışığı aparıb. Pıza Abxaziyada bir nömrəli qanuni oğrudur və Nadir Səlifovla münaqişəsi var. Bu yaxınlarda Qulinin üç nümayəndəsi-Rəşad İsmayılov, Niko Qarinskiy və Roma Stavropolski Pızanı Abxaziyada döyməyə cəhd ediblər.
Nəticədə Pıza atəş açaraq Rəşad və Nikonu yaralamışdı.
Telefon danışığı nəticəsində Məmmədov və Bartsba Quliyə qarşı birgə fəaliyyət göstərmək barədə razılıq əldə ediblər.
Dato Ağcabədinskini yunan klanı dəstəkləyir. Eyni zamanda qanuni oğru Dato Kutaissikiy, Laşi Djeladze (Raça) və Zaza Ambroladze də Cavidi dəstəkləyir. Sonuncu üç nəfər kifayət qədər nüfuzlu qanuni oğrular sayılır. Məlumata əsasən müxalifətin əsas ağır artilleriyası bu üç qanuni oğrudur. Onlar olmasa, Quliyə qarşı üsyan qısa müddətə dağılardı. Rafiq Eyvazov isə icraçıdır. Onun oğru dünyası nüfuzu o qədər də güclü deyil.
Mənbə bildirir ki, Məmmədov bir müddət Raça ilə birlikdə həbsdə olub və dostlaşıblar. Məhz Celadze Cavidi Dato və Zazaya qanuni oğru namizədi kimi tövsiyyə edib. Sebiskveridze və Ambroladze Cavidi qanuni oğru kimi “taclandırıblar”. Amma bu qərarla Səlifov razılaşmayıb. Səlifov bildirib ki, hansı azərbaycanlının qanuni oğru ünvanına layiq olmasına ancaq o qərar verə bilər.
Yunan klanı da Məmmədova güclü dəstək verir. Amma onun ilk cəhdi uğursuz alınıb. Lotu Qulinin adamları Cavidin gözləri qarşısında onun bütün yaxın çevrəsini döyüblər. Hazırda Məmmədov təcrübə toplayıb və böyük dəstək əldə edib. Bu dəstək isə günü-gündən artır. Çox güman ki, revanş vaxı çatıb…