Ukrayna şirkəti 2 min ton Azərbaycan nefti alıb

16:09 | 15 Sentyabr, 2017

Bu gün Ukraynanın “Ukrqazdobıça” şirkəti “Ukrtransnafta” şirkəti tərəfindən satışa çıxarılmış “AzeriLight” markalı neftin 100%-ini və ya 2 min tonunu alıb.
Azərbaycan nefti Ukrayna Energetika Birjasında hərraca çıxarılıb. Hərrac differensial rejimdə keçirilib.
Azərbaycan nefti Kaqamlık dəmiryolu stansiyasında (Kremençuq Neft Emalı Zavodu) FCA (Free Carrier) şərtləri ilə satılır.
Qeyd edək ki, gələn həftə keçiriləcək sonuncu hərraca 11 min ton “AzeriLight” markalı neft çıxarılacaq.
Məlumata görə, “Ukrtransnafta” iyulun əvvəlinədək Kremençuq Neft Emalı Zavodunda saxlanılan 42 min ton “AzeriLight” markalı neft olub.
//APA