ABŞ-da qaradərililərin aksiyası: 11 polis yaralandı

13:27 | 17 Sentyabr, 2017

ABŞ-ın Missuri ştatının Sent-Luis şəhərində 15 sentyabrda başlayan aksiyalar davam edir.
 
aksiya polis əməkdaşı Ceyson Stoklinin qaradərili Entoni Lamar Smiti 2011-ci ildə güllələməsində təqsirsiz elan edilməsindən sonra başlayıb.
Etiraz aksiyasının ilk günündə 13 nəfər saxlanılıb.
Bu gecə isə əraziyə ağır zirehli texnikalar cəlb edilib. Bir küçəyə sığınan etirazçılar polisə daş və dəyənəklərlə qarşılıq verməyə çalışıb. Çaxnaşma zamanı 11 polis yaralanıb, 30 nəfər isə həbs edilib.
Qeyd edək ki, 2011-ci ilin dekabrında Stokli və onun həmkarı qaradərili Smiti narkotik vasitələrin yayılmasında şübhəli bilərək saxlamağa çalışıb.
 
Avtomobil təqibindən sonra Stokli avtomobildən düşərək Smitə 5 dəfə atəş açaraq öldürüb.
//Milli.Az