backend

Milli Məclisin dünya çempionu deputatı ad gününü qeyd edir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün Milli Məclisin deputatı, parlamentin Gənclər və İdman komitəsinin sədr müavini, Azərbaycan Karate-do Federasiyaları Assosiasiyasının prezidenti Ülvi Quliyevin ad günüdür. Editor.az xəbər verir ki, millət vəkili bugün 51 yaşını qeyd edir.
Quliyev Ülvi Zahid oğlu 1966-cı il sentyabrın 17-də Bakı şəhərində anadan olub… Azərbaycan Dövlət Tibb İnstitutunun əczaçılıq fakültəsini və Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirib. Əməkdar bədən tərbiyəsi və idman xadimidir. Karate üzrə Avropa və dünya çempionudur. Azərbaycan Karate-do Federasiyaları Assosiasiyasının prezidentidir. Rus və ingilis dillərini bilir.
Əczaçılıq sahəsində çalışıb. Dövlət Gömrük Komitəsinin şöbə rəisi, “Gömrükçü” İdman Sağlamlıq Mərkəzi baş direktorunun müavini olub.
Üç çağırışdır ki, Milli Məclisin deputatıdır.
Editor.az-ın kollektivi millət vəkilini təbrik edir, şəxsi və iş həyatında bol-bol uğurlar diləyir.
Editor.az