backend

“Rəhbərlik qiymət verir” – Hacı Qalibin oğlunu həbs edən müstəntiq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Xəbər verdiyimiz kimi, Milli Məclisin sabiq deputatı, Qafqaz Müsəlmanları İdarəsinin sədri Hacı Allahşükür Paşazadənin qudası Qalib Salahzadənin oğlu Əlihüseyn Salahzadə həbs olunub. Q.Salahzadə oğlunun sentyabrın 13-də, gecə saatlarında Nəsimi rayon Prokurorluğunun müstəntiqi Anar Abıyevin qondarma qərarı ilə həbs olunduğunu iddia edib.
Editor.az unikal.org-a istinadən xəbər verir ki, məsələ ilə bağlı açıqlamasında Nəsimi rayon Prokurorluğunun müstəntiqi Anar Abıyev provakasiya xarakterli sual verməməyi tövsiyə edib.
A.Abıyev bildirib ki, müstəntiq kimi onun gördüyü işlərə rəhbərlik qiymət verir: “Mənim gördüyüm işlərə rəhbərlik qiymət verir. Məni başqa heç nə maraqlandırmır. Xahiş edirəm, bu məsələ ilə bağlı məni narahat etməyin”.