Azərbaycanda ilin sonunadək ani ödəniş sistemi istifadəyə veriləcək

20:53 | 30 İyul, 2020

Azərbaycan Mərkəzi Bankının hazırladığı ani ödəniş sistemi bu ilin sonunadək tam istifadəyə veriləcək.

Editor.az Trend-ə istinadən bildirir ki, bunu Mərkəzi Bankın departament rəhbəri Kəmalə Qurbanova mətbuat konfransında deyib.

Onun sözlərinə görə, gələn ay Mərkəzi Bank bu sistemi pilot layihə üzrə seçilmiş banklarla ictimaiyyətə təqdim edəcək:

“Ani ödəniş sistemi ölkədəki ödəniş sistemlərindən fərqli olacaq, iki tərəf arasında 7/24/365 rejimində əməliyyat aparmağa imkan verəcək”.

Mövzunu Facebookda şərh et