Çimərliklər və rayonlara gediş-gəliş nə zaman AÇILACAQ?

13:35 | 31 İyul, 2020

“Çimərliklərin açılması və rayonlara gediş-gəlişin bərpası ilə bağlı məsələlər müzakirə mərhələsindədir”.

Bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) missiyasının yekunlarına dair virtual mətbuat konfransında TƏBİB-in Xəstəliklərin kontrolu və profilaktikası şöbəsinin müdiri Yaqut Qarayeva deyib.

Onun sözlərinə görə, çimərliklərə getmək və orada hansı qaydalara riayət olunmasının vacibliyi, insanların hansı məsafədə dayanması məsələsi müzakirə edilir:

“Qərar qəbul olunan kimi ictimaiyyətə məlumat veriləcək”.

Mövzunu Facebookda şərh et