Böyük Britaniyada koronavirusa görə özünütəcrid qaydalarına dəyişiklik edilib

18:23 | 31 İyul, 2020

Böyük Britaniyada koronavirusa görə tətbiq olunan özünütəcrid qaydalarına dəyişiklik edilib.

Editor.az AZƏRTAC-a istinadən bildirir ki, artıq COVID-19 əlamətlərini hiss edən hər kəs, 7 gün əvəzinə, 10 günlük cəmiyyətdən təcrid olunacaq.

Hökumət rəsmiləri qayda dəyişikliyinin dərhal qüvvəyə minəcəyini söyləyiblər.

Qeyd edək ki, Böyük Britaniya İspaniyadan ölkəyə daxil olan turistlərə 14 günlük karantin rejimi tətbiq edir.

Mövzunu Facebookda şərh et