Bakıda 16 yaşlı qız 3-cü mərtəbədən yıxıldı

07:49 | 1 Avqust, 2020

Bakıda bədbəxt hadisə baş verib.

Hadisə paytaxtın Nizami rayonun ərazisində yerləşən Bəhruz Nuriyev küçəsində qeydə alınıb.

Belə ki, 2004-ci il təvəllüdlü Ağamirova Lalə Rasim qızı həmin küçədə yerləşən 21 saylı yataqxananın 3-cü mərtəbəsindən yıxılıb.

O, dərhal xəstəxanaya aparılıb.

Müayinə zamanı A. Laləyə döş qəfəsinin əziyi və çanağın sınığı diaqnozu qoyulub.

//Report

Mövzunu Facebookda şərh et