backend

Vergilər Nazirliyi "Turan"a qarşı sanksiyanı bərpa etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Vergilər Nazirliyinin Bakı Lokal Gəlirlər Departamenti “Turan” İnformasiya Agentliyinə 2014-2017-ci illərə aid vergi sanksiyasını yenidən bərpa edib.
bu barədə agentlik özü məlumat yayıb.
Belə ki, bununla bağlı agentliyin elektron poçtuna Vergilər Nazirliyindən məktub daxil olub. Məktubda deyilib ki, agentliyin 27 min 253 manat və daha 9 294 manat faizlik borcu var.
Qeyd edək ki, bundan əvvəl nazirliyin həmin departamentindən agentliyə “Turan”ın hər hansı vergi borcu və ya cərimə sanksiyasının olmaması barədə məktub daxil olub.
 
//report