İtaliyada yeni avtomobil körpüsünün açılışı olubbackend

İtaliyada yeni avtomobil körpüsünün açılışı olub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İtaliyanın Genuya şəhərində 14 avqust 2018-ci ildə çökən Morandi körpüsünün yerində inşa edilən yeni San-Corcio viadukunun açılış mərasimi keçirilib.

Editor.az Trend-ə istinadən bildirir ki, tədbirdə İtaliya Prezidenti Sercio Mattarella, baş nazir Cüzeppe Konte, Genuya bələdiyyə başçısı Marko Buççi, Liqurianın valisi Covanni Toti, yeni viyadukunun inşasına nəzarət edən memar Renzo Piano, eləcə də bir çox digər siyasi və ictimai xadimlər iştirak edib.

Açılış mərasimi dövlət himninin səslənməsi ilə başlayıb, daha sonra körpünün uçması nəticəsində həlak olan 43 nəfərin adları oxunub və ardından bir dəqiqəlik sükut elan edilib.

Xatırladaq ki, 14 Avqust 2018-ci ildə Genuyada A10 ekspress yolunun (Genoa – Savona, E80 Avropa marşrutu) hissəsi olan körpünün bir tərəfi çöküb. Dağıntı zamanı onun üzərində 30-dan çox maşın və üç yük maşını olub. Faciə nəticəsində 43 nəfər ölüb, yüzlərlə insan evlərini itirib.