backend

14 gün keçdi… Lütfi Zadənin nəşi Bakıya gətirilməsə…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-da Kaliforniyada vəfat edən Lütfi Zadənin nəşinin yaxın günlərdə Azərbaycana gətiriləcəyi gözlənilir.
 
artıq sentyabrın 6-dan etibarən bu fikir səsləndirilir. Bunun üçün müəyyən işlərin görüldüyü bildirilir. Amma 14 gün keçməsinə baxmayaraq, Lütfi Zadənin nəşi ilə bağlı, hələ ki, yeni məlumat yoxdur. Bu səbəbdən əksəriyyət düşünür ki, görkəmli azərbaycanlı alimin nəşinin Azərbaycana gətirilməmə ehtimalı çoxdur. Halbuki, Lütfi Zadənin Bakıda dəfn olunacağı yer də məlumdur. Hətta I Fəxri xiyabanda məzar da qazılıb.
Bəs Lütfi Zadənin nəşi gətirilməsə, görülən hazırlıqlar, məzar yeri necə olacaq?
Məsələ ilə əlaqədar Bakı Şəhər Mənzil Kommunal Təsərrüfatı Departamentinin Əhaliyə Vətəndaşlıq Xidməti Trestinin baş mühəndisi Sabir Həsənov bildirib ki, bu cür ehtimalın olması mümkün deyil:
“Lütfi Zadənin nəşini gətirsələr, dəfn edəcəyik, gətirməsələr nə olacağını bilmirəm. Bilirsiniz ki, hər şey hazırdır. Məzar yeri də var. Əgər alimin nəşi gətirilməsə, məzar yeri elə olduğu kimi qalacaq. Amma belə şeyin olma ehtimalı yoxdur. Lüfti Zadənin nəşi mütləq gətiriləcək. Bu barədə bizə məlumat verilib”.
S.Həsənov, həmçinin qeyd edib ki, alimin nəşinin gətirilmə tarixi dəqiq məlum deyil:
“Lütfi Zadənin hansı gün dəfn edilməsi ilə bağlı bizə heç bir məlumat verilməyib. Əgər elə bir informasiyamız olsa, müəyyən tədbirlər görəcəyik. Lakin biz də hələ ki gözləyirik”.
// modern.az