backend

Moskvada azərbaycanlı qətlə yetirildi – Ürəyindən vurdular

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyada azərbaycanlı qətlə yetirilib.
Hadisə dünən Moskva şəhərindəki ”Sodovod” bazarında, ”Uzbekskaya kuxnya” restoranında törədilib.
 
həmyerlilərimizin criminal.az saytına verdiyi məlumata görə, öldürlən şəxs əslən Şamaxıdan olan gəncdir.
Restoranda yeyib-içən tanışlar arasında dava düşüb. Qətlə yetirlən şəxs dava edənləri sakitləşdirmək istəyərkən bıçaqla ürəyindən iki zərbə alıb. O, hadisə yerində keçinib.
Cinayəti törədən şəxslər ”Priora” markalı avtomobillə qaçıblar. Qatil gedərkən cinayətdə istifadə etdiyi bıçağı restoranın qarşısındakı kanalizasiya quyusuna atıb.
Hadisə yerində hüquq-mühafizə orqanı əməkdaşları araşdırma aparır. Bütün ”Priora” markalı avtomobillər saxlanılaraq yoxlanır.
//Milli.Az