Bakıda piyadanı avtomobil vurubbackend

Bakıda piyadanı avtomobil vurub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakının Suraxanı rayonunda yol-nəqliyyat hadisəsi zamanı bir nəfər ağır xəsarət alıb.

Hadisə Günəşli qəsəbəsində qeydə alınıb.

1961-ci il təvəllüdlü Əliyeva Sevinc Tanrıverdi qızını minik avtomobili vurub. Yaralı sınıq xəsarətləri ilə 3 nömrəli şəhər klinik xəstəxanasına yerləşdirilib.

Fakt üzrə Suraxanı Rayon Polis İdarəsində araşdırma aparılır.

//APA