backend

"O qədər baş kəsibsən ki…" – Generalın məhkəməsindən

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi (MTN) Antiterror Mərkəzinin rəisi, general-mayor Elçin Quliyev və Mərkəzin əməkdaşı, polkovnik Azər Mehdiyevin cinayət işi üzrə məhkəmə prosesi davam edib.
İfadəsini davan etdirəm Əbülfət Məmmədov qeyd edib ki, Malik Mustafayev intihar etməmişdən bir gün qabaq birlikdə restoranda olublar:
“Birlikdə olanda hər zaman araq içirdik. Lakin bu dəfə içki içmədi, özünü pis hiss etdiyini bildirdi. Yemək də yemirdi. Uzun müddətdir ki, evdən çölə çıxmırdı. Yaşamaq istəmədiyini bildirdi. Mən də ona təskinlik verirdim. Qardaşının tutulması ona pis təsir edirdi. Deyirdim ki, silah məsələsidir ki, qardaşın üstünə götürsün, uzağı bir ilə çıxar. Malik dedi ki, bu işdə silah boş şeydi, başqa söhbətlər var”.
Şahid qeyd edib ki, görüşdən 1 gün sona Malikin intihar etməsini eşidib: “Evlərinə getdim. Evimdən çıxan məktubda qeyd olunmuşdu ki, ölümünə heç kim səbəbkar deyil, özüm intihar etmişəm”.
General Elçin Quliyev şahidin ifadəsinə arayış verərək deyib ki, o, Malik Mustafayevin rəisi olmayıb: “Elçin adını prokurorluqda verdiyi ifadəsində çəkməyib. Sonradan könüllü istintaqa gəlib, ifadə verib. Malik Mustafayev intihar edəndən sonra Xətai rayon Prokurorluğunda istintaq aparılıb, cinayət işi olmadığı üçün işə xitam verilib. Bu müddət ərzində Malik Mustafayevin yaxın dostu kimi bu şahid istintaq cəlb olunmayıb. Mətləb Mustafayev həbsdən çıxandan sonra bu şahid də meydana çıxıb. İndi bu şahiddən soruşmaq istəyirəm ki, bu müddət ərzində şahid harada olub, bəlkə MTN tərəfindən təzyiq edirdilər, bəlkə başının kəsmək istəyiblər”.
Şahid generalın çıxışına etiraz edib: “Burda baş kəsməkdən danışırsan, o qədər baş kəsibsən ki, ancaq baş kəsməkdən danışırsan. İstintaqa da özbaşına ifadə verməmişəm. Müstəntiq məni dəvət edib. Mən də ifadə vermişəm. Əli müəllimi şəxsən tanımıram. Malikdən eşitmişəm ki, Əli müəllim MTN-də işləyib”
///lent.az