backend

"Prezident İlham Əliyevin bunu məhz BMT tribunasından deməsi vacib idi"

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

BMT-nin Dağlıq Qarabağ münaqişəsinin həlliylə bağlı 4 qətnaməsi var. Bu qətnamələr kağız üzərində qalsa da, BMT Azərbaycan üçün əsas tribunalardan biri olaraq qalır. Bu səbəbdən Azərbaycan prezidenti İlham Əliyevin BMT-nin Baş Assambleyasının sessiyasında iştirakı vacib idi.
 
bunu “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi ekspert Elxan Şahinoğlu bildirib.
 
Prezident İlham Əliyev: “Ermənistana qarşı beynəlxalq sanksiyalar qəbul edilməlidir”
 
Politoloqun fikrincə, prezident İlham Əliyevin BMT Baş Assambleyasının 20 sentyabr sessiyasındakı çıxışı və orada toxunduğu tezislərin üzərində ayrı-ayrılıqda dayanmağa ehtiyac var: “Prezident İlham Əliyevdən əvvəl Ermənistan prezidenti Serj Sarkisyan BMT tribunasından çıxış edərək Azərbaycan əleyhinə yalanlar danışdı. Onun çıxışına cavab verilməli idi və İlham Əliyev Sarkisyanın çıxışını alt-üst etdi. Beynəlxalq aləmə Azərbaycan torpaqlarının işğalını konkret faktlarla anlatdı, Xocalı soyqırımını xatırlatdı və hər ikisində Ermənistanın hazırkı prezidentinin birbaşa iştirakını bildirdi. Bunun belə olduğunu Sarkisyan və erməni cəmiyyəti də bilir. Ona görə də Sarkisyan İlham Əliyevin çıxışına cavab olaraq qalxıb deyə bilməzdi ki, “Azərbaycan torpaqlarını, o cümlədən Dağlıq Qarabağa aid olmayan torpaqları mən işğal etməmişəm və ya Xocalı əhalisinin qətliamında iştirak etməmişəm”.
İlham Əliyev BMT-dəki çıxışında birmənalı dedi ki, işğala və erməni separatçılarının cəbhə bölgəsindəki təxribatlarına son qoyulmasa, Azərbaycan ordusu 2016-cı ilin aprel hücumunu yenidən təkrarlayacaq”.
 
Ekspert hesab edir ki, prezident İlham Əliyevin bunu məhz BMT tribunasından deməsi vacib idi:
Sarkisyan pis vəziyyətə düşdü – O, unutmuşdu ki…
 
“Çünki beynəlxalq aləm elə bilməsin ki, biz əbədiyyətə qədər işğalla barışacağıq. Bizim güc yolundan istifadə etmək hüququmuz var və bu elə BMT sənədlərində əks olunub. Bir dövlət başqasının torpaqlarını işğal etməməlidir, işğal edərsə, ona qarşı istənilən tədbir həyata keçirilə bilər. Başqa sözlə, beynəlxalq aləm və işğalçı dövlət növbəti aprelə hazırlaşmalıdır. Bunun baş verməməsi üçün Dağlıq Qarabağ ətrafındakı rayonlar qeyd-şərtsiz boşaldılmalıdır. Seçim Ermənistan hakimiyyətinin və ona təzyiq etmək istəməyən böyük dövlətlərindir”.
E.Şahinoğlu qeyd edib ki, dövlət başçısının BMT tribunasından Azərbaycandakı iqtisadi islahatlardan, enerji və nəqliyyat layihələrindən danışması, onları xatırlatması da yerində idi: “Məsələn, Ermənistan prezidenti çıxışında ölkəsinin bir böyük layihədə iştirakından danışa bilmədi, çünki belə bir layihə yoxdur. Azərbaycanın isə ideya daşıyıcısı və iştirakçısı olduğu və qonşularla birgə həyata keçirdiyi onlarla böyük regional layihəsi var. Bu layihələrdə Ermənistandan başqa Azərbaycana qonşu olan bütün ölkələr – Türkiyə, Gürcüstan, İran, Rusiya, Qazaxıstan və Türkmənistan iştirak edirlər”.
 
//Milli.az