Ukraynada koronavirusdan sağalanların sayı artıbbackend

Ukraynada koronavirusdan sağalanların sayı artıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukraynanın dörd bölgəsində COVID-19-dan sağalanların sayı yoluxanların sayını üstələyib.

Bu barədə Ukraynanın Milli Təhlükəsizlik və Müdafiə Şurasının Koronavirus Epidemiyasının Yayılmasının Monitorinq Sisteminin saytında (NSDC) yayımlanan məlumatda qeyd edilir.

Ölkənin 19 vilayətində koronavirusa yoluxma sayı artıb.

Son bir gündə COVID-19-a ən çox yoluxma hadisəsi Kiyevdə (182), Lvovda (166), Xarkovda (139), İvano-Frankovskdə (128), Çernivtsidə (113) müşahidə edilib.

Ukraynada bu günə olan statistikaya əsasən, 1433 yeni yoluxma aşkar edilib, 752 xəstə sağalıb, 19 nəfər ölüb. İndi Ukraynada 36 892 aktiv koronavirus xəstəsi var ki, bu da əvvəlki gündən 662 nəfər çoxdur.