backend

Nəzərbəy Hacıağayev : "Bu Prezidentimizin Azərbaycan gəncliyinə diqqətinin göstəricisidir"

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanda Gənclər Siyasəti daim dövlətimizin , xüsusilədə cənab Prezident İlham Əliyevin diqqətində olub.
Bu siyasətin əsası Ulu öndər, Ümummilider Heydər Əliyevin zamandında qoyulub. Ulu öndər daim Azərbaycan gənclərinin inkişafına şəxsən nəzarət edər və onların mükəməl təhsil almasında və xüsusilədə xarici dövlərin nüfuzlu ali məktəblərində təhsil almasında maraqlı idi. Bu proses təkcə müstəqillik illərində deyil, ölkəmizin Sovet İttifaqının tərkibində olduğu dövürlərdə də davam edirdi. Ulu öndər Azərbaycana rəhbərlik etdiyi dövürlərdə gənclərimizin təhsil almasının vacibliyini , onların savadlı peşekar mütəxəsislər kimi yetişməsinin əhəmiyyətini bilərək onları həm Respublikamızda həm də İttifaqın digər ölkələrində təhsillərini davam etdirmələrinə yardımçı olurdu. Bu sözləri açıqlamasında Türkiyə Respublikası Təhsil Nazirliynin nəzdnində fəaliyyət göstərən FONO açığöyrətim qurumunun Marketinq və Təhsil məsələləri üzrə şöbəsinin rəhbəri Nəzərbəy Hacıağayev deyib.
Bir neçə gün əvvəl qəbul edilən “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramı” da dövlətimizin xüsusilədə cənab Prezientin Azərbaycan gəncliyinə diqqətinə göstəricisidir. Bu proqramın səyəsində növbəti illərdə və proqramın sonunda gənclərimizin hər tərəfli inkişafının əyani şəkildə şahidi olacayıq. Bu dövlətin qəbul etdiyi ilk proqram deyil. Bundan əvvəldə dövlətimiz tərəfindən gənclərə bağlı Dövlət Proqramları qəbul edilmişdi. Qlobal dünyanın sürətlə inkişaf etməsi ilə əlaqədar olaraq gənclərimizin zamanla ayaqlaşması üçün dövlətimiz hər zaman prosesləri nəzarətdə saxlayaraq gəncliyin inkişafı üçün dövlət proqramları hazırlamış və onları qəbul edib. Qəbul edilmiş proqramlar bütün sahələri əhatə edərək gənclərin inkişafına böyük töhfələr verib. Hazır ki, proqramda eynən əvvəl ki proqramlar kimi gənclərlə bağlı bütün sahələri inkişafına ciddi təsir göstərir. Bu proqram sadəcə zamanın tələbinə görə əvvəlkilərə nisbətən bir qədər təkminləşmişdir.
//Editor.az