"AAAF Park"ın rəhbəri həbs edilib?

15:41 | 22 Sentyabr, 2017

“AAAF Park” Yaşayış Kompleksinin rəhbəri, tanınmış iş adamı Tofiq Heydərovun həbs edilməsi ilə bağlı məlumat yayılıb.
 
məlumatda bildirilib ki, prokurorluq əməkdaşları “AAAF Park” ərazisində yerləşən bütün obyekt sahiblərinə xəbərdarlıq edərək, 10 dəqiqə ərzində ərazini tərk etməyi tapşırıb. Parkın ərazisindəki bütün obyektlərə Prokurorluq tərəfindən həbs qoyulub. Hazırda “AAAF Park” ərazisində axtarışlar aparılır. İstintaq başa çatdıqdan sonra obyekt sahibləri əraziyə daxil ola biləcəklər.
Obyekt işçiləri arasında gəzən söhbətə görə, iş adamı Tofiq Heydərov hansısa dini sektanın üzvüdür.
Tofiq Heydərov, eyni zamanda ağır atletika yığma komandasının baş məşqçisidir. O, bir müddət Azərbaycan Ağır Atletika Federasiyasının vitse-prezidenti postunda da çalışıb.
Baş Prokurorluqdan “qafqazinfo”ya bildirilib ki, bəzi KİV-lərdə yayımlanan guya prokurorluq əməkdaşları tərəfindən “AAAF Park”da axtarış aparılması ilə bağlı yayılan məlumatlar yanlışdır.
“AAAF Park”ın mətbuat katibi Kənan Məstəliyev “qafqazinfo”ya açıqlamasında bildirib ki, Tofiq Heydərovun həbs edilməsi yalandır: “Tofiq Heydərov hazırda Kosovoda tədbirdədir. “AAAF Park”da axtarış aparılmır, həmin şəxslər Abşeron rayon icra hakimiyyətinin icraçıları idi. Obyektlərin yenidən inventarizasiyasını aparırlar, yenidən siyahıya alınma işləri görüldü. Hazırda bütün obyektlər fəaliyyətini davam etdirir”.
//Milli.Az