backend

ATƏT PA-nın Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Azərbaycana gəlir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ATƏT Parlament Assambleyasının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Kristian Vigenin Azərbaycana gəlir.
onun regiona səfər sentyabrın 24-də Azərbaycandan başlayacaq. Daha sonra o, Gürcüstan və Ermənistana səfər edəcək. Səfər sentyabrın 30-da başa çatacaq.
Səfər zamanı bolqarıstanlı parlamentar hər üç ölkədə dövlət rəsmiləri, parlament liderləri və vətəndaş cəmiyyətinin üzvləri ilə görüşəcək.
//APA