Məktəbin həyətində özünü asdı: Bakıda dəhşətli hadisə

10:35 | 15 Mart, 2017
Bakıda intihar hadisəsi baş verib.
Nizami rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, hadisə rayon ərazisində yerləşən 10 saylı orta məktəbin həyətində qeydə alınıb. 1979-cu il təvəllüdlü Məmmədov Səməd Ağasəf oğlu məktəbin həyətindəki ağacdan özünü asıb. Onun özünə qəsd etməsinin səbəbləri hələlik məlum deyil.
Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.