backend

Prezident İlham Əliyev “Neftçala” yarımstansiyasının açılışında iştirak edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün Azərbaycan prezidenti İlham Əliyev 110/35/6 kV-luq “Neftçala” yarımstansiyasının açılışında iştirak edib.
“Azərişıq” ASC-nin sədri Baba Rzayev görülən işlərlə bağlı dövlətimizin başçısına ətraflı məlumat verib.
“Neftçala” yarımstansiyasında 40 MVA gücündə iki transformator quraşdırılıb, açıq və qapalı paylayıcı qurğular inşa edilib, bu qurğularda müasir standartlara cavab verən elektrik avadanlıqları, elektron tipli avtomat rele mühafizə sistemi yaradılıb. Yarımstansiyada növbətçi işçi heyət üçün müvafiq olaraq mühafizə, texniki xidmət və idarəetmə otaqları inşa edilib, lazımi şərait yaradılıb. Yarımstansiyanın ərazisində geniş abadlıq və yaşıllaşdırma işləri aparılıb.
Bildirilib ki, şəhərin və rayonun su təsərrüfatını elektrik enerjisi ilə təmin edən 35 kV-luq yarımstansiyanın məhz “Neftçala” yarımstansiyasından qidalandırılması nəzərdə tutulub. Bundan əlavə, Neftçalada yeni yaradılan Sənaye Məhəlləsi bu yarımstansiyadan qidalanacaq ki, onun tələbatı 5 MVA təşkil edir. Həmçinin “Neftçala” yarımstansiyasından rayonun böyük bir hissəsi, xüsusən də dövlət əhəmiyyətli obyektlər, çoxlu sayda sənaye, təhsil, tibb və məişət təyinatlı obyektlər və əhali abonentləri elektrik enerjisi ilə təmin olunur.
Prezident İlham Əliyev yarımstansiyanı işə salıb. Sonda xatirə şəkli çəkdirilib.
//APA