backend

Qənirə Paşayevanın Kırşehirdə Qarabağ parkının açılmasını təklif etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Millət vəkili Q.Paşayevanın Kırşehirdə Qarabağ parkı təklifi bələdiyyə başqanı, vali və millət vəkilləri tərəfindən dəstəklənib
Kırşehir Kitab Fuarında, Ahilik Həftəsinin açılışında və Neşət Ərtaş Kültür Mərkəzinin açılışında iştirak edən millət vəkili, Azərbaycan-Türkiyə Parlamentlərarası Dostluq Qrupunun üzvü Qənirə Paşayeva Kırşehir bələdiyyə başqanı Yaşar Bahceci ilə görüşüb. Yaşar Bahceci ilə görüş zamanı Kırşehirdə Azərbaycan küçəsi və Qarabağ Parkının salınması ilə bağlı millət vəkili Q.Paşayevanın ötən görüşlər zamanı bu istiqamətdə səsləndirdiyi təklifə böyük həssaslıqla yanaşdıqlarını deyərək yaxın zamanlarda Azərbaycan adının mərkəzi küçələrdən birinə veriləcəyini və qədim Qarabağın adını daşıyacaq böyük parkın şəhərin mərkəzində salınacağını söyləyib. Bələdiyyə başqanı parkın açılışında “Azərbaycandan qardaş-bacılarımızı və sizi gözləyəcəyik”, – söyləyib. Azərbaycana böyük sevgiləri və bu önəmli addım üçün bələdiyyə başqanına təşəkkür edən millət vəkili Q.Paşayeva ölkəmizin tarixi, mədəniyyəti, Qarabağ, Xocalı soyqırımı həqiqətləri ilə bağlı geniş məlumatlar verib, geniş müzakirələr olub. Azərbaycanı çox sevdiyini deyən Kırşehir bələdiyyə başqanı Yaşar Bahceci Azərbaycan-Türkiyə münasibətlərinin daha da inkişafı istiqamətində, özəlliklə gənc nəsillərimizə ortaq tariximizin, mədəniyyətimizin öyrədilməsinin vacibliyi ilə bağlı da geniş müzakirələr olub. Aprel hadisələrinə toxunan bələdiyyə başqanı Azərbaycanda Vətən üçün şəhid olan qardaşlarımıza Allahdan rəhmət, ailələrinə səbr diləyirik deyib. “Azərbaycanın şəhidi bizim də şəhidimizdir”, – deyən bələdiyyə başqanı Türkiyənin hər zaman qardaş Azərbaycanın yanında olduğunu deyərək bildirib ki, Azərbaycanın öz torpaqlarını işğaldan azad edilməsi uğrunda haqlı davasında hər zaman yanında olacağıq. Kırşehir bələdiyyə başqanına təşəkkürünü bildirən millət vəkili Q.Paşayeva qardaş Türkiyədə terrorla mübarizədə həyatını itirən qardaş-bacılarımıza Allahdan rəhmət, ailələrinə səbr diləyirik və hər zaman terrorla mübarizədə qardaş Azərbaycan yanınızdadır deyib. O, “biz birlikdə Azərbaycan və Türkiyəyə qarşı terror hadisələri, cinayətlər, işğallar həyata keçirənlərə qarşı mübarizəmizi daha da gücləndirməliyik, gücləndiririk və inşallah onların ədalət qarşısında cavab vermələrinə də nail olacağıq”, – deyib. Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyəyə son səfəri, verdiyi məsajlara xüsusi toxunan millət vəkili Q.Paşayeva bu səfər dosta da, düşmənə da çox önəmli məsaj oldu deyib. Kırşehir bələdiyyə başqanı Yaşar Bahceci Türkiyənin və Azərbaycanın bir millət iki dövlət olduğunu vurğulayaraq bələdiyyəyə rəhbərliyi dövründə Azərbaycanla bütün istiqamətlərdə əməkdaşlığın inkişafına xüsusi önəm və diqqət edəcəyini deyib. Kırşehir bələdiyyə başçısına müəllifi olduğu “Qənirə Paşayeva ilə addım-addım Türk dünyası” kitabı barədə danışan Qənirə Paşayeva kitabın növbəti hissələrində qədim Kırşehirin də yer alacağını bildirib: “Azərbaycan insanına qədim Kırşehiri daha da geniş tanıdacaq bu hədiyyə mənim bu qədim bölgəmizə sevgimi də göstərəcək”. Kırşehir bələdiyyə başçısına Azərbaycan tarixi, mədəniyyəti və Qarabağ həqiqətləri ilə bağlı materiallar təqdim edən millət vəkili Q.Paşayeva onu Azərbaycana dəvət edib. Azərbaycanı çox sevdiyini deyən Kırşehir bələdiyyə başqanı Yaşar Bahceci Azərbaycana mütləq səfər edəcəyini bildirib. Millət vəkili Q.Paşayeva həmçinin
Kırşehir valisi Necati Şentürk, Kırşehir millət vəkilləri və bələdiyyə məclis üzvləri ilə də görüşüb və əməkdaşlığımızın genişləndirilməsi istiqamətində geniş fikir mübadiləsi aparılıb. Onları Azərbaycana dəvət edən millət vəkili Q.Paşayeva gənc nəsillərimizə birliyimizin önəmini daha geniş təbliğ edən tədbirləri daha da artırmalıyıq deyib. Millət vəkili Q.Paşayeva Kırşehirdə həmçinin Türkiyənin Gömrük və Ticarət naziri müavini Fatih Çiftci ilə də görüşüb, fikir mübadiləsi aparılıb. Millət vəkili Q.Paşayeva Kırşehirdə bir sıra rəsmi tədbirlərə də qatılıb və çıxışlarında Azərbaycan, Qarabağ həqiqətləri ilə bağlı geniş məlumatlar verib, Türk dünyası birliyinin önəmi ilə bağlı çağırışlar edib.