backend

Bakıda qanlı dava: iki nəfəri bıçaqladılar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Bakının Binəqədi rayonunda qanlı hadisə olub.
Hadisə Azadlıq prospektində baş verib. Belə ki, bir gün əvvəl 38 yaşlı Namiq Novruzov və 34 yaşlı Anar Məlikdadaşovun tanışları ilə mübahisəsi düşüb.
İki gün davam edən mübahisədən sonra qarşı tərəf Namiq Novruzov və Anar Məlikdadaşovu Azadlıq prospektində görüşə çağırıblar. Görüşə Namiq, Anar və iki dostu gedib. Qarşı tərəfdən isə 5 nəfər gəlib. Tezliklə mübahisəyə çevrilən söhbət xoşluqla həll olunmadıqda, qarşı tərəfdən gələnlərdən biri Namiq Novruzov və Anar Məlikdadaşova bıçaq zərbələri endirib. Daha sonra hamısı hadisə yerini tərk ediblər.
Yaralılar, dostlarının çağırdığı təcili tibbi yardımla xəstəxanaya çatdırılıblar. Əməliyyat olunduqdan sonra yaralıların həyatı üçün təhlükə aradan qaldırılıb.
Binəqədi Rayonu Polis İdarəsinin 5-ci polis bölməsi əməkdaşları hadisəni törədən şəxsləri müəyyən etsələr də hələlik ki, onları saxlamaq mümkün olmayıb.
Faktla əlaqədar Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə cinayət  işi başlanıb. Araşdırmalar davam etdirlir.
///salamnews