backend

"Yük maşınları getməyincə yemək, geyim tapmayacaqsınız" – Ərdogan

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyə prezidenti Recep Tayyip Ərdoğan İraq Kürdüstan Regional Hökumətinin (İKRH) keçirdiyi müstəqillik referendumunun “Türkiyəyə xəyanət” olduğunu və sanksiyaların tətbiqinə başlanacağını söyləyi
Ankarada 2017-2018 Tədris İlinin Açılış Mərasimi ilə bağlı çıxış edən Erdoğan “İndi biz sanksiyalarımızı tətbiq etməyə başladığımız andan etibarən siz onsuz da ortada qalacaqsınız. Bir qapağı bağladığımız anda hər şey sona çatacaq. Bütün gəlir-məlir hər şey ortadan qalxacaq. Yük maşınları Şimali İraqa işləmədiyi anda bunlar yemək, geyim tapa bilməyəcəklər. Belə bir vəziyyətə düşəcəklər. Niyə? Sanksiya tətbiq etməyə məcburuq ” deyib.
Milli.Az BBC-yə istinadən bildirir ki, Ərdoğan deyib ki, son ana qədər İKRH liderinin referendumda təkid edəcəyini ehtimal etməməklə, “səhvə yol” verib.
Türkiyə prezidenti münasibətlərin tarixdə ən yaxşı səviyyədə olduğu bir vaxtda verilən bu qərarı “xəyanət” kimi səciyyələndirib.
Ərdoğan iqtisadi sanksiyalardan tutmuş hərbi variantlara qədər, hava məkanı və quru sərhədləri də daxil olmaqla bütün məsələlərin gündəmdə qaldığını və bütün variantların müzakirə edildiyini bildirib.
“Referendumu Şimali İraq hökuməti həyata keçirir, tək dəstəyi isə İsrail verir. Daha səs qutuları açılmadan PPK-çılar bayram edirlərsə, burada səmimiyyət və qanunilik yoxdur. Bu belə də bilinsin. Necə və hansı şərtlərdə həyata keçirildiyi bilinməyən bu referendumla bağlı açıqlanan seçicilərin iştirak faizi və səsvermənin nəticələri də şübhəlidir. Çünki görülən iş şübhəlidir. Xüsusilə türkmən və ərəb əhalisinin çoxluq təşkil etdiyi yerlərdə əhalinin qeydiyyat siyahısının məhv edilməsindən tutmuş məcburi köçürülməyə qədər hər cür qanunsuzluqların baş verdiyi bir vaxtdan sonra keçirilən bu referendumu qanuni qəbul etmək mümkün deyildir”, – Türkiyə prezidenti deyib.
Sərhəddə birgə manevrlər başlanıb
İKRH region ölkələri və ABŞ başda olmaqla Qərb dövlətlərindən gələn çağırışlara və xəbərdarlıqlara baxmayaraq bazar ertəsi müstəqillik referendumunu həyata keçirdi.
Referendumda iştirak edənlərin sayı 70 faizdən yuxarı olub. Bərzaniyə yaxın mətbuat orqanları “Bəli” deyənlərin 90 faizi ötdüyünü bildiriblər.
Referendumun rəsmi nəticələrinin bir neçə gün ərzində açıqlanacağı gözlənilir.
 
 
Türkiyə ilə yanaşı İran və mərkəzi İraq hökuməti də referenduma etirazını bildirib.
İran İKRH nəzarətindəki ərazilər üçün hava məkanını bağlayıb.
Türkiyənin 18 sentyabrda Şırnakın Silopi əyaləti ilə Habur sərhəd qapısı arasında başlatdığı hərbi təlimlərin üçüncü mərhələsinə İraq əsgərləri də qoşulub.
Anadolu agentliyinin verdiyi xəbərə görə, təlimlər sahəyə zirehli maşınlarla müşayiət edilən iraqlı əsgərlərin iştirakı ilə birlikdə həyata keçirilir.
//Milli.Az