Bakıdan gedən yük maşınında 200 qaçaq tutuldu

11:34 | 27 Sentyabr, 2017
Türkiyədə qaçaq şəkildə Avropaya getmək istəyən azərbaycanlılar saxlanılıb.
Editor.az  qafqazinfo-a istinadən xəbər verir ki, Çorum şəhərində şübhəli yük maşını aşkarlanıb. Bu zaman sürücü düşərək qaçıb. Maşının yük yerində isə azərbaycanlı və əfqan olmaqla 200 qaçqın olub.
Polis bildirib ki, yük yerindən düşənlər də qaçmağa başlayıb, lakin onların bir hissəsi saxlanılıb. Hazırda digər qaçan qaçqınlar və sürücü axtarılır.
Məlum olub ki, həmin şəxslər Avropaya mühacirət etmək üçün yük maşınına külli miqdarda pul ödəyiblər. Polisin məlumatına görə, qaçqınlar maşına Azərbaycanın paytaxtı Bakı şəhərində yığılıb və Türkiyə üzərindən gizli olaraaq Avropaya keçməyi planlaşdırıblar.
Mövzunu Facebookda şərh et