Nazir: "Bu ilin 8 ayında Azərbaycana 1 milyon 818 min turist gəlib"

11:49 | 27 Sentyabr, 2017

“Bu ilin 8 ayında Azərbaycana 1 milyon 818 min nəfər turist gəlib”.
Bunu mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Ümumdünya Turizm Gününə həsr olunan tədbirdə deyib.
Nazir bildirib ki, turizm sənayesində 46 min nəfərdən çox insan çalışır: “Mən onlara fədakar əməklərinə görə təşəkkür edirəm. Bu gün turizm müəssisələrində bayram kimi qeyd olunmalıdır. Son vaxtlar Azərbaycana gələn turistlərin sayına sevinməmək olmaz. Azərbaycan stabil, təhlükəsiz və qonaqpərvər ölkədir. Azərbaycandan gedənlərin sayı təxminən dörd milyon nəfərdir. Bura bütün səfərlər daxildir. Azərbaycan vətəndaşlarının xarici ölkələrdə il ərzində xərclədiyi pul təxminən 600 milyon dollardır. Əcnəbilər isə Azərbaycanda bir ildə xarici vətəndaşlar 700 milyon dollar xərcləyirlər”.
//APA