backend

Qənirə Paşayevanın Belen və Payasda Qarabağ parkı təklifi dəstəkləndi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Millət vəkili Q.Paşayevanın Belen və Payasda Qarabağ parkı təklifi bələdiyyə başqanları tərəfindən dəstəklənib.
Editor.az  xəbər verir ki, millət vəkili Q. Paşayevanın Hatayın Belen və Payas bölgəsində Azərbaycan küçəsi və Qarabağ parkı təklifini bələdiyyə başqanları çox qısa zamanda həyata keçirəcəyik deyə dəstəkləyiblər. Türkiyənin Hatay bölgəsində konfrans verməyə gedən millət vəkili Qənirə Paşayeva Belen bələdiyyə başçısı Adnan Vurucu və Payas belediyyesi rəsmiləri ilə görüşüb. Görüş zamanı Azərbaycanla Türkiyənin bəzi şəhərlərinin və bələdiyyələrinin qardaş şəhərlər və bələdiyyələr olduğunu bildirərək, qədim belen və Payasın da Azərbaycan bölgələrindən biri ilə qardaş olaraq görmək istəyirik deyən Qənirə Paşayeva bələdiyyə başçıları ilə Dağlıq Qarabağ problemi, Xocalı soyqırımı, qondarma erməni soyqırımı iddiaları ilə bağlı da fikir mübadiləsi aparıb və yaxın zamanlarda Belen və Payasın mərkəzi küçələrindən birinə Azərbaycan, mərkəzi parklardan birinə isə Qarabağ adının veriləcəyinə inandığını deyib və Belen və Payas bələdiyyəsi tərəfindən bu cür addımın atılmasının böyük əhəmiyyətindən, vacibliyindən danışıb. Azərbaycanı çox sevdiyini deyən Belen başçısı Adnan Vurucu və Payas bələdiyyəsi rəsmiləri Türkiyənin və Azərbaycanın bir millət iki dövlət olduğunu vurğulayaraq Azərbaycanla bütün istiqamətlərdə əməkdaşlığın inkişafına xüsusi önəm və diqqət edəcəklərini deyiblər. Onlar həmçinin qardaş bələdiyyələr məsələsi ilə də bağlı addımlar atılacağını, hər zaman qardaş Azərbaycanın yanında olduqlarını və millət vəkili Qənirə Paşayevanın Belen və Payasda Azərbaycan küçəsi və Qarabağ parkı abidəsi ilə bağlı təkliflərini müsbət qiymətləndirdiklərini bildirərək bu təkliflərə qısa zamanda mütləq baxılacağını və həllini tapacağını deyiblər. Belen ve Payas bələdiyyə başkanlarına və rəsmilərinə Azərbaycan tarixi, mədəniyyəti və Qarabağ həqiqətləri ilə bağlı materiallar və özünün həmmüəllifi olduğu “Turan yolçusu” və “Aşk yolçusu” kitablarını hədiyyə edən millət vəkili Q.Paşayeva onları Azərbaycana dəvət edib. Azərbaycanı çox sevdiklərini deyən bələdiyyə başkanları və rəsmiləri dəvəti böyük məmuniyyətlə qəbul etdiyini deyərək qısa zamanda Azərbaycana səfər edəcəklərini bildiriblər.