backend

Azərbaycanda iki ailənin məhv olduğu dəhşətli hadisənin TƏFƏRRÜATI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ötən gecə İsmayıllı rayonunda baş vermiş dəhşətli yol qəzası ilə bağlı bəzi məqamlar üzə çıxıb.
Muğanlı-Qəbələ avtomobil yolunun Topçu kəndindən keçən hissəsində qəzaya düşən 99-DF-907 dövlət nömrə nişanlı “Opel Zafira”dakı 7 nəfər Bakıdan Qax rayonuna qayıdırmış. Qaxda qonşuluqda yaşayan 2 ailənin üzvləri paytaxta bazarlıq və tibbi müayinədən keçmək üçün gəlibmiş və dünən geri qayıdarkən onların olduğu avtomobil qarşı tərəfdən gələn “Toyota Prado” ilə toqquşub.
Qeyd edək ki, qəzada “Opel”in 53 yaşlı sürücüsü Rahim Abbasovla yanaşı sərnişinləri; 1978-ci il təvəllüdlü Bayramov Ruzigar Məmməd oğlu, onun 14 yaşlı oğlu Sahib Bayramov, 11 yaşlı oğlu Cavid Bayramov, eləcə də 1977-ci il təvəllüdlü Kərimov Yaşar Camal oğlu, onun 19 yaşlı qızı Rufanə Kərimli və 16 yaşlı qızı Turanə Kərimzadə vəfat edib.
Hadisəyə yolun sürüşkən olması şəraitində sürət həddinin düzgün seçilməməsinin səbəb olduğu bildirilir.
Faktla bağlı baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.
//lent.az