Tovuzda prokurorluğunun əməkdaşı qəzaya düşdü

17:46 | 27 Sentyabr, 2017

Tovuzda yol-nəqliyyat hadisəsi baş verib.
Rayon ərazisində hərəkətdə olan iki “Mercedes” markalı minik avtomobili toqquşub.
Hadisə nəticəsində hər iki avtomobilin sürücüləri Azər Dostuyev və Əli Tağıyev ağır xəsarətlərlə Tovuz rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Məlumata əsasən, “Mercedes” markalı” avtomobillərdən birinin sürücüsü Azər Dostuyev Tovuz rayon Prokurorluğunun əməkdaşıdır.
Faktla bağlı araşdırma aparılır.

///Trend