backend

“Kiş alban məbədi”nə aparan avtomobil yolunun tikintisinə 1 milyon manat ayrılıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan prezidenti İlham Əliyev Şəki rayonunun Kiş kəndində abadlıq-quruculuq işləri aparılmasına dair tədbirlər haqqında sərəncam imzalayıb.
Şəki rayonunun Kiş kəndindəki “Kiş alban məbədi”nə aparan dairəvi avtomobil yolunun tikintisi və yolboyu ərazinin abadlaşdırılması üçün 2017-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Şəki Şəhər İcra Hakimiyyətinə 1 milyon manat ayrılıb.
Maliyyə Nazirliyinə müvafiq məbləğdə maliyyələşməni təmin etmək tapşırılıb.
//APA