backend

Bakıda 18 yaşlı oğlan əməliyyat masasında öldü – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakıdakı Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunda 18 yaşlı gənc əməliyyat zamanı dünyasını dəyişib.
Bu barədə mərhumun qohumları məlumat verib.
Bildirilib ki, Salyan rayonunun Qızılağac kənd sakini, 1999-cu il təvəllüdlü Əliyev Səbuhi Rafiq oğlu əməliyyat zamanı narkozdan ayılmayaraq ölüb.
Xəstənin dayısı Ağasəf Xurşidov report-a bildirib ki, bir ay əvvəl S.Əliyevi xəstəxananın həkimi Toğrul Cəlilovun yanına gətiriblər: “Həkim xəstəni müayinə etdikdən sonra əməliyyat etməyi qərara aldı. Əməliyyata səbəb onurğa sütununun əyriliyi idi. Həkim xəstənin əməliyyatında riskin olmadığını bildirdi və əməliyyata qərar verdi. Əməliyyat zamanı həkimlərin, o cümlədən anestezioloqun səhvi ucbatında Səbuhi Əliyev narkozdan ayılmadı. Bu məsələdə xəstəxananın həkimləri, o cümlədən anestezioloq məsuliyyət daşıyır”.
Xəstə yaxınlarının bildirdiyinə görə, faktla bağlı Nəsimi Rayon Prokurorluğunda araşdırma aparılır.
Səhiyyə Nazirliyinin Mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova report-a açıqlamasında bildirib ki, S.Əliyev Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna IV dərəcəli ağır kifoskolioz diaqnozu ilə müraciət edib: “Xəstə əməliyyata alınıb. Əməliyyat zamanı halı pisləşib, şoka düşüb. Bütün reanimasion tədbirlərə baxmayaraq xəstənin həyatını xilas etmək mümkün olmayıb”.