backend

Türkiyə müdafiə naziri: “Şimali İraqdakı referendumdan sonra həmin bölgədən Türkiyəyə PKK təhdidləri artıb”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Şimal İraq Kürdüstan muxtariyyətində keçirilən referendum bölgəni və bütün dünyanı oda atır”.
Bunu Türkiyənin milli müdafiə naziri Nurəddin Canikli bildirib.
Müdafiə naziri deyib ki, orta şərqdə etnik, dini tarazlığa toxunmaq olmaz: “Bu bölgədə indiyədək heç bir dövlətin proqnozu reallaşmayıb. Orta şərqin öz reallıqları var. Türkiyənin İraqla 350 kilometr sərhədi var və orada baş verənlərə Türkiyə biganə qala bilməz”.
Müdafiə nazirinin sözlərinə görə, Şimali İraqdakı referendumdan sonra həmin bölgədən Türkiyəyə qarşı PKK təhdidləri artıb: “Bölgədə biz bunu müşahidə edirik. Türkiyə buna laqeyd qala bilməz. Türkiyəyə yönəlik təhdidlərin aradan qaldırılması üçün bütün variantlar müzakirə olunur”.
N. Canikli onu da deyib ki, Kərkük və digər bölgələrdən türkmənlərin 2003-cü ildən köçürülməsinə və oraya başqa bir etnik qrupun yerləşdirilməsinə başlanıb: “Bu gün həmin bölgəyə Kərkük də daxil edilməyə çalışılır. Bu, yolverilməzdir”.
Qeyd edək ki, İraq Kürdüstanında sentyabrın 25-də müstəqillik referendumu keçirilib.
 
//APA