backend

Stavropolda VIII Rusiya-Azərbaycan Regionlararası Forumu keçirilir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyanın Stavropol şəhərində VIII Rusiya-Azərbaycan Regionlararası Forumu keçirilir.
Rusiya İqtisadi İnkişaf Nazirliyi və Azərbaycan İqtisadiyyat Nazirliyinin təşkilatçılığı ilə keçirilən forumda hər iki ölkənin dövlət rəsmiləri, sənaye, kənd təsərrüfatı, ticarət, turizm, tikinti, maliyyə və konsaltinq, səhiyyə və s. sahələrdə fəaliyyət göstərən sahibkarlar iştirak edirlər.
Forumda sənaye, kənd təsərrüfatı, səhiyyə, əczaçılıq, turizm və humanitar sahələrdə ikitərəfli regionlararası əlaqələrin möhkəmlənməsi məsələlərinə baxılacaq. Tədbir çərçivəsində dəyirmi masalar və Forumun plenar iclası keçiriləcək, Azərbaycan və Rusiya iş adamları arasında ikitərəfli görüşlər təşkil olunacaq.
Plenar iclasda Rusiya prezidentinin Şimali Qafqaz Federal Dairəsi üzrə səlahiyyətli nümayəndəsi Oleq Belaventsev, Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev, Rusiyanın iqtisadi inkişaf naziri Maksim Oreşkin, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu, Stavropol diyarının qubernatoru Vladimir Vladimirov, Bakının Nərimanov rayonunun və Qəbələnin icra başçıları Abdin Fərzəliyev və Səbuhi Abdullayev, digər dövlət rəsmiləri çıxış edəcəklər.
Plenar iclasın sonunda Azərbaycanla Rusiya arasında əməkdaşlığa dair bir sıra sənədlər imzalanacaq.
Forum çərçivəsində mədəni proqram da tərtib olunub. Sentyabrın 28-də “Cənub qonaqpərvərliyi” festivalı, 29-da isə Qafqaz Mineral Sularına səyahət təşkil olunacaq.
//APA