backend

DİM sədri: 2019-cu ildə də qəbul zamanı 700 ballıq sistem saxlanılacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

2019-cu ildən ali təhsil müəssisələrinə qəbul zamanı buraxılış və qəbul imtahanının birgə nəticəsi əsas götürülsə də, qəbul zamanı 700 ballıq sistem saxlanılacaq.
 
Bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bildirib.
Onun sözlərinə görə, 2019-cu ildə də abituriyentlərin qiymətləndirilməsi zamanı toplanacaq maksimal bal 700 bal olacaq:
“Buraxılış imtahanları və qəbul imtahanlarının vaxtı ilə bağlı indidən fikir söyləmək olmaz. Hər ilin əvvəlində qəbul imtahanlarının vaxtı ilə bağlı elan verilir. 2 ildən sonra tətbiq ediləcək yeni imtahanların keçiriləcəyi vaxt da 2018-2019-cu tədris ilinin əvvəlində elan ediləcək”.
//Trend