backend

Ərdoğan-Putin danışıqları 1,5 saatdan çox davam edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan və onun rusiyalı həmkarı Vladimir Putin arasında Ankarada keçirilən danışıqlar 1,5 saatdan çox davam edib.
Bakı vaxtı ilə saat 20.10-da başlayan danışıqların əsas mövzularının Suriyadakı vəziyyət, xüsusən, bu ölkədəki təhlükəsizlik zonalarında Rusiya və Türkiyə Silahlı Qüvvələrinin addımlarının əlaqələndirilməsi, İraqın kürd muxtariyyətində müstəqillik referendumu, ikitərəfli münasibətlərin müxtəlif aspektləri olacağı bildirilmişdi. Tərəflərin həmçinin “Türk axını” qaz borusu və “Akkuyu” AES-nin tikintisi, habelə hərbi-texniki sahədə əməkdaşlıq məsələlərinin müzakirə edəcəyi bildirilmişdi.
Hazırda görüş geniş tərkibdə davam edir.
Rusiya tərəfini danışıqlarda XİN rəhbəri Sergey Lavrov, prezidentin mətbuat katibi Dmitri Peskov, prezidentin köməkçisi Yuri Uşakov, energetika naziri Aleksandr Novak, Baş Qərargah rəisi Valeri Gerasimov, kənd təsərrüfatı nazirinin müavini Yevgeni Qromıko, prezidentin Suriya nizamlanması üzrə xüsusi nümayəndəsi Aleksandr Lavrentyev, “Qazprom”un rəhbəri Aleksey Miller, “Rosatom”un rəhbəri Aleksey Lixaçov, və Rusiyanın Ankaradakı səfiri Aleksandr Yerxov təmsil edir.
Türkiyə nümayəndə heyətinin tərkibində Baş Qərargah rəisi Hülusi Akar, baş nazirin müavini Mehmet Şimşek, XİN rəhbəri Mövlud Çavuşoğlu, energetika və təbii sərvətlər naziri Berat Albayrak, iqtisadiyyat naziri Nihat Zeybekçi, Türkiyənin Moskvadakı səfiri Hüseyn Diriöz, MIT (Milli Kəşfiyyat İdarəsi) rəhbəri Hakan Fidan, müdafiə nazirinin müavini İsmayıl Dəmir, prezidentin baş müşaviri Sadık Arslan, Prezident Administrasiyası rəhbərinin müavini İbrahim Kalın yer alıblar.
//APA