backend

Bu cinayətlərin cəzası yüngülləşdirilir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Cinayət Məcəlləsinə 300-ə yaxın dəyişiklik nəzərdə tutulub. Məcəllədən bir sıra maddələr çıxarılıb. Cinayət tərkiblərinin Cinayət Məcəlləsindən çıxarılması yolu ilə bu əməllər dekriminalaşdırılıb. Belə əməllərin sayı 15-dir. Bunlar əsasən mülkiyyət əleyhinə cinayətlər və ehtiyatsızlıqla törədilən cinayətlərdir”.
Bunu Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin Hüquqi xidmətlərin göstərilməsi məsələləri sektorunun müdiri Vüsal İsayev “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.
O bildirib ki, dəyişikliklərdə məqsəd bir sıra cinayət əməllərinə görə, cinayət məsuliyyəti yaradan həddin artırılması ilə həmin əməlləri dekriminalaşdırılmasına nail olmaqdır: “Bu əməllərə görə hədd 5 dəfə artırılıb. Nəticədə mülkiyyət əleyhinə bir sıra əməllər dekriminalaşdırılıb. Həmin əməllərin dikreminalaşdırılması o demək deyil ki, biz həmin şəxsləri cəzasız məsuliyyətdən kənar qoyacağıq. Həmin əməllər İnzibati Xətalar Məcəlləsinə daxil olduğu üçün onlar inzibati məsuliyyətə cəlb olunacaqlar. Eyni zamanda həddin 5 dəfə artırılması mülkiyyət əleyhinə bəzi cinayətlərə aid edilmir. Məsələn, yaşayış sahəsinə daxil olmaq, təkrar törədilən cinayətlərə görə həmin hədd əvvəlki həddə saxlanılıb. Bu da həmin əməllərin ictimai təhlükəsi ilə bağlıdır. Təhlillər aparılarkən məlum olub ki, Cinayət Məcəlləsində nəzərdə tutulan bir çox tərkiblərə görə, azadlıqdan məhrumetməyə alternativ sanksiya nəzərdə tutulmayıb. Belə sanksiyaların sayı 60 faizə yaxın idi. Belə halda azadlıqdan məhrumetmə ilə bağlı olmayan yeni növ cəzanın – azadlığın məhdudlaşıdırılması cəzasının Cinayət Məcəlləsinə daxil edilməsini təklif etdik”.
PA-nın sektor müdiri qeyd edib ki, azadlığın məhdudlaşdırılması və digər bu kimi cəzalar bütövlükdə 152 maddənin sanksiyasına daxil edilib: “Bu sistemin tətbiqi dünya təcrübəsinə əsasən aparılan statistikaya görə, cəzaların 92 faizinin azalmasına gətirib çıxarıb. Eyni zamanda həmin şəxslərin cinayətdən yayınması hallarının 94 faiz azalmasına səbəb olub. Biz Cinayət Məcəlləsində nəzərdə tutulan humanistləşdirmək və liberallaşdırma, burada nəzərdə tutulan azadlıqdan məhrumedilmə sanksiyalarının azaldılması nəzərdə tutulur. Bütövlükdə 36 cinayətə görə azadlıqdan məhrumetmə cəzasının hədləri aşağı salınıb. Nəticədə 18 cinayət az ağır cinayətlər kateqoriyasından böyük cinayətlər törətməyən kateqoriyaya, eyni zamanda 4 cinayət ağır kateqoriyadan, azağır kateqoriyaya keçirilib. 13 sanksiyada azadlıqdan məhrumetmə cəzasının hədləri dəyişdirilib”.
Report