backend

İlham Əliyev: Azərbaycanın iqtisadiyyatın rəqabətqabiliyyətlilik indeksində irəliləməsi düşünülmüş siyasət hesabına mümkün olub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanın iqtisadiyyatın rəqabətqabiliyyətlilik indeksində irəliləməsi düşünülmüş siyasət hesabına mümkün olub.
 
Bunu Azərbaycanın dövlət başçısı, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev MOK-un yaranmasının 25 illik yubileyi münasibətilə keçirilən təntənəli mərasimdə çıxışı zamanı deyib.
Dövlətimizin başçısı qeyd edib: “Bir neçə gün bundan əvvəl dünyanın aparıcı iqtisadi qurumu olan Davos Dünya İqtisadi Forumu ölkələrin iqtisadiyyatlarının rəqabətqabiliyyətliliyinin indeksini açıqlayıb. Azərbaycan il ərzində iki pillə irəli gedərək 37-ci yerdən 35-ci yerdə qərarlaşıb. Bu da MDB məkanında birinci yerdir. Yəni, 140-a yaxın ölkənin iqtisadiyyatları təhlil edilib. Onların arasında Azərbaycan – gənc müstəqil dövlət 35-ci yerdədir. Bu, nəyin hesabına mümkün olub? Düşünülmüş siyasət hesabına, xalq-iqtidar birliyi hesabına. Bunun təməlində bizim müstəqilliyimiz dayanır. Müstəqilliyimiz ən böyük xoşbəxtliyimizdir, ən böyük sərvətimizdir. Bu gün medallar qazanan, idman şöhrətimizi dünyada artıran idmançılarımızın böyük əksəriyyəti müstəqillik dövründə doğulub, onların hamısı müstəqillik dövründə formalaşıb”.
İlham Əliyev vurğulayıb ki, Azərbaycan bundan sonra da müstəqillik yolu ilə uğurla gedəcək: “Bizim gələcəkdə idman uğurlarımız daha da çox olacaq”
//Trend