backend

Vüqar Qaradağlının mülkləri: – Bodrumda, İstanbulda ev, 100 minlik maşınlar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ATV-nin keçmiş prezidenti Vüqar Qaradağlının varidatının siyahısı yayılın. 
Editor.az-ın məlumatına görə, Ölkə.az həmin siyahını yayıb:
– Xəzər rayonu, Şüvəlan qəsəbəsi, bağlar massivi, ev 518. Üçmərtəbəli villa
– Səbail rayonu, Əhməd Cavad küçəsi, ev 3, mənzil 5. “Neo MMC”dən 4 otaqlı mənzil
– Yasamal rayonu Haqverdiyev küçəsi, məhəllə 574, ev 5, mənzil 28
– Yasamalda ATV-nin yaxınlığındakı yeni tikilmiş binada mənzil
– Quba rayonunda üçmərtəbəli villa
– Biləcəri qəsəbəsində yanaşı iki villa (Həmin tikililəri yerli sakinlər “ATV-nin villaları” adıyla tanıyır)
– Amerikanın əhali sayına görə ən böyük hesab edilən şəhəri – Nyu Yorkda 2 otaqlı mənzil. Hazırda həmin mənzildə V.Qaradağlının bu ölkədə təhsil alan oğlu yaşayır.
– Türkiyədə, Quş adası istirahət bölgəsində ev
– Bodrumda mənzil
– Antalyada ikiotaqlı mənzil
– İstanbulda  “Molos İstanbul” adlanan kompleksdə mənzil. Qeyd edək ki, bu kompleksdə ən ucuz mənzil 2 milyon dollardır.
– Bayraq Meydanının yaxınlığında “Panorama” restoranı (qayını Rauf Dadaşovla şərik)
Avtomobillər
– Ən son model 2 ədəd “Audi” markalı avtomobil. Audilərdən biri A5, digəri A6 model. Qeyd edək ki, “Audi”lərdən birini V.Qaradağlı özü, digərini həyat yoldaşı idarə edir. Və hər ikisinin dövlət nömrə nişanı 241-dir.
– İki ədəd son model “Lexus” avtomobili. Bu avtomobillərdən biri hazırda ATV-dədir.
– Bir ədəd “Nissan patrol”. Bu avtomobilin də qiyməti təxminən 300 min manatdır.
– Mercedes S Class
Qeyd edək ki, V.Qaradağlı bu posta təyin edilərkən ATV-yə “Rent a car”dan icarəyə götürdüyü köhnə model, qiyməti 9-10 min manata olan “Nissan Patfhinder” markalı avtomobillə gəlibmiş. Həmin avtomobil bir ay iyirmi gün V.Qaradağlının sərəncamında olub.