backend

Kiyev-Bakı reysində PROBLEM: təyyarə havaya qalxdıqdan sonra geriyə qaytarıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün saat 00:33 radələrində Bakıya enməsi gözlənilən Ukrayna Hava Yollarına məxsus PS-601 saylı təyyarə sərnişinlər mindikdən sonra Kiyev aeroportundan havaya qalxan zaman texniki problemlə üzləşib.
 
Təyyarə havaya qalxan zaman ön təkər yerə təkrar çırpılıb.
Pilotların sayıqlığı nəticəsində təyyarə geriyə qaytarılaraq Kiyev Hava Limanında eniş edib.
Məlumata görə, hazırda 260 azərbaycanlı sərnişin aeroportda yeni təyyarə gözləyirlər.
Təhlükəsizlik qaydalarına uyğun olaraq, bütün sərnişinlər göyərtədən endirilib və təyyarə təkrar texniki baxışdan keçirilib.
Kiyev Hava Limanından verilən məlumata görə, hazırda nasazlıqlar aradan qaldırılıb və sərnişinlər elə həmin təyyarə ilə Bakıya yola salınıblar.
// oxu.az