backend

"Rusiya Xəzər istiqamətində xarici siyasətini aktivləşdirir"

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

2018-ci ildə Xəzərin hüquqi statusuna dair konvensiyanın imzalanması nəzərdə tutulub.
Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin (XİN) xüsusi tapşırıqlar üzrə səfiri İqor Bratçikov Həştərxanda keçirilən III Xəzər mediaforumunda bildirib.
“Rusiya Xəzər istiqamətində xarici siyasətini aktivləşdirir. Xəbərləri mütəmadi izləyənlər bilir ki, bu mövzu daim Rusiya prezidentinin və xarici işlər nazirinin regiondakı həmrkarları ilə görüşündə qaldırılır”, – deyə diplomat vurğulayıb.
Səfir əlavə edib ki, Rusiya konvensiyasının gələn il Qazaxıstanda imzalanacağına ümidlidir. Bununla yanaşı, İ. Bratçikov onu da bildirib ki, sənəd imzalanarkən Rusiya subyektlərinin maraqları nəzərə alınacaq.
 
//APA