backend

“Cəhənnəm olub getsin o ölkənin pasportunu daşısın…”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Bir ölkənin məmur deyirsə ki, kürdlərə görə Azərbaycan pasportunu, hərbi biletini yandırmağa hazırdır, bu çox təhlükəlidir”.
Editor.az “Qafqazinfo”-ya istinadən  xəbər verir ki, bu barədə deputat Fazil Mustafa Milli Məclisin iclasında  Laçın rayon icra hakimiyyətində çalışan Füzuli Tanrıverdiyevin Şimali İraqda keçirilən referenduma dəstək verməsinə münasibət bildirərkən deyib.
O qeyd edib ki, hansısa bir məmurların bu işə qarışması acınacaqlıdır: “ Çünki sabah Azərbaycana da torpaq iddiaları ola bilərlər. Bizim üçün dövlət atributlarımız, bayrağımız, gerbimiz, pasportumuz hamımıza doğmadır. Kim onu yandırmaq istəyirsə, cəhənnəm olub getsin o ölkənin pasportunu daşısın. Bu münasibət Türkiyə ilə Azərbaycan arasında olan münasibətlərə də zərər vurur”.
Deputat Vahid Əhmədov da eyni məsələ ətrafında danışıb.
“Sən necə ola bilər ki, Azərbaycan pasportunu daşıyırsan , amma Kürdüstanı müdafiə edirsən. Mən Zakir Qaralova müraciət edirəm ki, bu məsələni diqqətdə saxlasın.  Əgər buna diqqət yetirməsək, gələcəkdə Azərbaycan üçün problem yarana bilər”.