backend

Oqtay Əsədov: "Azərbaycana qarşı ikili standartlar bizi yorub"

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycana qarşı ikili standartlar bizi yorub.
Bunu Milli Məclisin sədri Oqtay Əsədov bu gün keçirilən plenar iclasda deyib.
O xatırladıb ki, ATƏT-in Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Kristian Vigenin bu yaxınlarda Bakıya səfər etdi:
“Səfəri zamanı parlamentdə görüş keçirəcəyini, bir də ictimai təşkilatlarla görüşəcəyini bildirdi. Biz etiraz etmədik. Ancaq Azərbaycandan sonra Ermənistana getdi. Cənubi Qafqaz üzrə xüsusi nümayəndənin dediyi sözlərin hamısı saxta oldu. O, bütün Ermənistan rəhbərliyi ilə görüşdü, Dağlıq Qarabağdakı separatçı rejimin nümayəndələri ilə bir masa arxasında oturdu, separatçıların bayrağı olan stolda əyləşdi. Yəni, bu ikili standartlar həqiqətən bizi yorub”.
//Trend