Ukraynada dəhşətli yanğında ölən azərbaycanlılar barədə yeni xəbər

17:44 | 2 Oktyabr, 2017

Ukraynada baş verən dəhşətli yanğında ölən azərbaycanlılardan biri Ağdaş, biri Cəlilabad, ikisi isə Sabirabad rayonunun sakinləri olub.
Bu barədə Ukrayna-Azərbaycan Birləşmiş Diasporunun regional təşkilat sədri Həbib Həsənli məlumat verib.
O bildirib ki, ölənlərdən üç nəfəri yanğın zamanı tüstündən boğularaq dünyasını dəyişib. Bir nəfər isə faciəvi hadisədə tamamilə yanıb.

///lent.az