backend

Millət vəkili qiymət artımı barədə həyəcan təbili çaldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“İki gün öncə insanlarla görüş zamanı mənə sual verildi ki, 8 aydır ölkədə valyutanın qiyməti dəyişməz olub, manatın dəyəri 4 faiz möhkəmlənib. Nəyə görə yağın kiloqramı 18 manata çatıb?”
Əhalinin banklarla bağlı müəyyən narazılıqları var, faiz dərəcələri mütləq aşağı salınmalıdır.
Sputnik Azərbaycan xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında millət vəkili Çingiz Qənizadə deyib.
Onun sözlərinə görə, son vaxtlar çoxlu sayda rayonlarda görüş keçirib: “Mənə sual verirlər ki, niyə ölkədə istehsal olunan malların qiyməti bəzən xaricdən gətirilən malların qiymətindən bahadır?Bu suala cavab tapa bilmirəm. Xüsusilə, iki gün öncə insanlarla görüş zamanı mənə sual verildi ki, 8 aydır ölkədə valyutanın qiyməti dəyişməz olub, manatın dəyəri 4 faiz möhkəmlənib. Nəyə görə yağın kiloqramı 18 manata çatıb? Axı aztəminatlı ailələr bundan yararlana bilmirlər, əziyyət çəkirlər”.
Millət vəkili deyib ki, əgər 7-8 ay əvvəl yağın kiloqramı 10-12 manat idisə, indi artıq 18 manata çatıb: “Dünən mağazaya girdim və bəzi yağların qiymətinin 18 manat olduğunu gördüm. Bu problemdir. İnsanları sıxmaq olmaz. Kimsə pul qazanmaq istəyirsə, bunu normal, halal yolla etsin. Əksinə, insanları narazı salmaq lazım deyil”.
Onun sözlərinə görə, eyni zamanda, ətin qiyməti də qalxıb: “İqtisadiyyat Nazirliyinə və Nazirlər Kabinetinin müvafiq qurumlarına müraciət edirəm. Axı bizdə Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti var, bu qiymətlərə nəzarət etsin. Qiymətlər tənzimlənsin. Xahiş edirəm müvafiq qurumlar bunu nəzərə alsınlar”.
// Qaynarinfo.Az