backend

Azərbaycan prezidenti Ukrayna xarici işlər nazirini qəbul edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan prezidenti İlham Əliyev Ukraynanın xarici işlər naziri Pavlo Klimkinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Dövlət başçısı ölkələrimiz arasında münasibətlərin səviyyəsindən məmnunluğunu ifadə edib, Ukrayna prezidenti Petro Poroşenkonun Azərbaycana səfərinin bu münasibətlərin möhkəmləndirilməsi işində mühüm rol oynadığını vurğulayıb.
Prezident İlham Əliyev qeyd edib ki, bu səfər ölkələrimizin müvafiq strukturları arasında əlaqələrin, xüsusilə iqtisadi-ticarət, investisiya sahələrində əməkdaşlıq imkanlarının genişləndirilməsi işinə təkan verib. Dövlət başçısı bildirib ki, əsas məsələlərdən biri iki ölkənin imkanlarından istifadə edərək ticarət dövriyyəsinin artırılmasından, ixrac-idxal əməliyyatlarının genişləndirilməsindən və mümkün investisiya layihələrinin müəyyənləşdirilməsindən ibarətdir.
Ölkələrimiz arasında dostluq münasibətlərinin mövcud olduğunu bildirən prezident İlham Əliyev beynəlxalq strukturlarda da fəal əməkdaşlığın həyata keçirildiyini deyib.
Dövlət başçısı nəqliyyat sahəsində də əməkdaşlığın önəmini qeyd edərək, bu gün Ukraynadan Asiyaya göndərilən yüklərin bir hissəsinin Azərbaycandan keçdiyini vurğulayıb və dəmir yolu strukturları arasında beynəlxalq formatda fəal əməkdaşlığın aparıldığını deyib.
P. Klimkin isə iqtisadi əməkdaşlığa toxunaraq son yarım ildə ticarət dövriyyəsinin əhəmiyyətli dərəcədə artığını vurğulayıb. Ukrayna xarici işlər naziri yüksək səviyyədə keçirilən görüşlərin əlaqələrimizin genişləndirilməsi baxımından əhəmiyyətini qeyd edib. O, Azərbaycan prezidentinin Ukraynaya səfərinin ölkəsində səbirsizliklə gözlənildiyini bildirib.
Prezident İlham Əliyev oktyabrın 3-də Ukraynanın xarici işlər naziri Pavlo Klimkinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.
//APA