backend

Manatın daha da möhkəmlənməsi üçün əsaslı potensial var – "Bank of America"

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Azərbaycan manatının məzənnəsinin daha da möhkəmlənməsi üçün əsaslı potensial yaranıb”.
“Report” “Bloomberg” agentliyinə istinadən xəbər verir ki, bu açıqlama ilə ABŞ-ın nüfuzlu “Bank of America” bankının Rusiya və MDB üzrə baş iqtisadçısı Vladimir Osakovskiy bildirib.
Baş iqtisadçı hesab edir ki, Azərbaycanda həyata keçirilən makroiqtisadi islahatlar tədbirləri fiskal və pul-kredit siyasəti baxımından müvəffəqiyyətlə davam etdirilir. Bank sektorunun cari maliyyələşməni və iqtisadi artımı əngəlləməsi tendensiyası müşahidə olunsa da, makroiqtisadi vəziyyət nəzarət altındadır. Pul-kredit siyasətinin sərtləşdirilməsi isə ölkədə devalvasiya təzyiqlərini azaldıb.