backend

Xanım kəşfiyyatçının sözlərində həqiqət var

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yəhudi lobbisi Yaxın Şərqdə baş verən bütün proseslərdə çox fəal və təsirli iştirak edirlər
“Amerika Birləşmiş Ştatlarının başlatdığı bütün müharibələri amerikalı yəhudilər çıxarıb”. Bunu tviter hesabında təhlükəsizlik orqanının sabiq kəşfiyyatçısı Vareri Pleym yazıb. Qurumun keçmiş əməkdaşı bildirib ki, Amerikada yəhudi qruplar və zəngin iş adamları sadəcə siyasətçilərə deyil, ABŞ mediasına və əyləncə dünyasına da ciddi nəzarət edirlər.
Pleym ölkədəki yəhudi dairələrin Amerikanın xarici siyasətində mühüm rol oynadığını deyib. Sosial şəbəkədəki paylaşımdan sonra xanım kəşfiyyatçıya qarşı ciddi təzyiqlər olub, nəticədə Pleym yəhudilərdən üzr istəyib. Əslində Amerikanın daxili və xarici siyasətində yəhudi lobbisinin təsir gücünün olması faktı çox vurğulanıb. Hətta müsəlman aləmində münaqişə ocaqlarının yaranmasında və uzun müddət davam etməsində belə yəhudi barmağının olduğu iddia edilib. Bu mənada əksər ekspertlər Pleymin iddialarını doğru hesab edirlər.
Keçmiş kəşfiyyatçının açıqlaması ilə bağlı “Şərq”ə danışan politoloq Qabil Hüseynli deyib ki, yəhudi icmaları dünyanın ən güclü lobbisi hesab olunur. Ekspertin sözlərinə görə, zəngin yəhudi ailələri ABŞ-da geniş imkanlara malikdir:
“Türkiyə timsalında deyə bilərəm ki, Ankara ilə Vaşinqtonun yaxın münasibətdə olduğu dövrlərdə yəhudi lobbisi bu ölkədə at oynadıb. Yəhudi beyin mərkəzləri əsasən şou-biznes əhlini, xüsusən, müsəlman əxlaqına zidd davranış sərgiləyən yüngül təbiətli şəxslərin səhnələrə yol tapmasında və gündəmdə qalmasında çox böyük rol oynayıblar. Xanım kəşfiyyatçının sözlərində həqiqət var. Yəhudi lobbisi Yaxın Şərqdə hazırda baş verən bütün proseslərdə çox fəal və təsirli iştirak edirlər. Kürd separatizminin ayağa qalxmasında da əsas dayaq nöqtəsi onlardır. Həmçinin, bəzi müsəlman ölkələrində yəhudi təsirinin güclənməsinin arxasında lobbi mərkəzləri dayanır”.
Politoloq bildirib ki, yəhudi lobbisi ABŞ hakimiyyətinə, əhalinin mənəviyyatına və əxlaqına ciddi surətdə təsir göstərir:
“Onlar xalqın milli şüurunun deformasiyaya uğramasına, mənəvi dəyərlərin sıradan çıxmasına çalışırlar. Onun yerində isə öz yalançı “mədəniyyətlərini” qururlar. Bütün proseslər isə media qurumlarını yönləndirməklə həyata keçirilir. Bu barədə dəfələrlə danışılsa da, onların qarşısını almaq mümkün olmayıb. Çünki yəhudilər uzun müddətdir öz hökmranlıqlarını təmin etməyi bacarıblar. Əlbəttə, bu, çox təhlükəli tendensiyadır”.
//”Şərq”