Müxalifət xarici dairələrin əlində alətə çevrilib – Sifarişlə ölkədə xaos yaratmaq istəyirlər

02:28 | 4 Oktyabr, 2017

Hər dəfə Azərbaycan beynəlxalq müstəvidə uğura imza atanda ölkəmizə qarşı xarici hücumlar artır, qarayaxma kampaniyaları başlayır. Buna paralel olaraq radikal müxalifətdə də aktivləşmə yaranır. Sonuncu dəfə yeni əsrin kontraktının imzalanması ərəfsində bunu daha aydın görmək mümkün oldu. Lakin yeni məqam ortaya çıxıb. Milli Şura və Xalq Cəbhəsinin səmərəsizliyi xarici maliyyəçiləri diqqəti Xədicə İsmayıl kimi “araşdırmaçı jurnalist”ə yönəltmək məcburiyyətində qoyub.
Editor.az xezerxeber.az-a istinadən bildirir ki, Ukrayna, Gürcüstan, Tunis və Misirdə baş verən çevrilişlərdə kiçik metod fərqləri olsa da, eyni ssenari üzrə həyata keçirildi. Rəngli inqilab ssenariləri həmin ölkələrə vəd edilən demokratiya əvəzinə xaos, iqtisadi çöküş, ərazi bütövlüyünün pozulması və günahsız vətəndaşların ölümünü gətirdi.
Eyni ssenarini Azərbaycanda da həyata keçirmək istəyən dairələr, buna bir neçə dəfə cəhd də edib, amma nail ola bilməyiblər. Azərbaycanın beynəlxalq aləmdə artan nüfuzu, sürətli iqtisadi inkişafı, öz müstəqilliyini möhkəmləndirməsi həmin dairələri əməlli- başlı qıcıqlandırır.
Amma görünən odur ki, Milli Şura və Əli Kərimli yarıtmaz fəaliyyəti ilə xarici ağalarını məyus edib. Çünki onlar ssenariyə uyğun olaraq ətrafına narazı kütlə toplamalı, bu mitinqləri davamlı şəkildə həyata keçirməli, kütləvi itaətsizlik və nəhayət xoas yaratmalıdır ki, xarici ağalar ssenarinin növbəti mərhələsinə keçə bilsin. Baxmayaraq ki, uzun müddət sosial media üzərindən çağırışlar edildi, dini radikal kəsimlərlə iş birliynə gedildi, amma yenə onlar mitinqə yaxın ətrafları, qohum əqrabaları və pul müqabilində gətirdikləri 3-5 nəfərdən başqa adam toplaya bilmədilər.
Əli Kərimli – Cəmil Həsənli cütlüyünün uğursuzluğu Azərbaycanda xaos yaratmaq ıstəyən qüvvələri taktikanı dəyişmək məcburiyyətində qoyub. Elə buna görə də yeni lider axtarışına çıxıblar və görünənən odur ki, “pisin yaxşısıdır” deyib Xədicə İsmayılın üzərində dayanıblar. Məlumata görə, Xədicə İsmayıla verilən mükafatın həm də 200 min dollarlıq pul hissəsi var və bu maliyyə ölkədə siyasi gərginlik yaratmağa istifadə olunmalıdır. Xarici qüvvələrin bu taktiki dəyişikliyi isə Əli Kərimli ilə Xədicə İsmayıl arasında radikal gəncləri öz ətrafında birləşdirmək uğrunda mübarizəyə səbəb olub. Görünən odur ki, öz ambisiyaları naminə dövlətinə, vətəninə və xalqına düşmən kəsilməyi belə gözə alan bu iki şəxs məlum xarici dairələrin etimadını doğruttmaq üçün hər şeyə hazırdırlar.
//Editor.az